“Qarabağ” bu gün futbolun vətəninə gedir

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” klubu sonuncu oyun ərəfəsindədir. Belə ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda səfərdə “Arsenal” ilə münasibətlərini ayırd edəcək.

Komanda dekabrın 13-də futbolun vətənində, İngiltərədə baş tutacaq oyun üçün bu gün yola düşəcək. Səfər bir neçə saatdan sonra reallaşacaq. Zədədən əziyyət çəkən və bərpa prosesi keçən İnnosent Emeqaradan başqa digər oyunçular səfərə aparılacaq heyətə daxil ediliblər.  

Qeyd edək ki, “Qarabağ” bundan öncə evdə “Sportinq”ə 1-6 hesabı ilə uduzub. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right