"Qarabağ"dan rekord, Dani və Mahirdən yubiley

Azərbaycan Premyer Liqasının XIV turu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.
 
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Zirə” ilə səfər oyunundakı 6:0 hesablı qələbədə qolla pay sahibi olan Mahir Mədətovla Dani Kintana yubiley qeyd edib. Hər iki oyunçu Premyer Liqada 25-ci qolunun sevincini yaşayıb.
 
Hamısı “Qarabağ”ın heyətində olmaqla, 73-cü görüşünə çıxan Kintana het-trik müəllifi olub. Bu matçadək 23 qol vuran ispaniyalının 34-cü dəqiqədə “Zirə”nin qapısından keçirdiyi özünün 2-ci topu yubiley xarakteri daşıyıb. Kintana oyunun sonunadək qol sayını 26-ya da çatdırıb. Dani həm də Mahirdən sonra cari mövsümdə het-trikə imza atan 2-ci futbolçudur.
 
42-ci dəqiqədə fərqlənən Mədətov isə Premyer Liqadakı 25-ci qolunu 90-cı matçında qeyd edib. Bütün qollarını “Qarabağ” formasında rəqib qapısından keçirən gənc hücumçu bu oyunların 74-nə Ağdam klubunun heyətində çıxıb.
 
Qeyd edək ki, “Qarabağ”ın “Zirə” üzərindəki qələbəsi mövsümün rekordu ilə də əlamətdar olub. Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsinə imza atıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right