Şeydayev ağır cəzalanmalı imiş: "Kaprin Ramilin meydandan qovulmamasıyla razılaşmayaraq özü sonda qovuldu"

"Həmin epizodda baş hakim Şeydayevi bağışladı. O, Ramilə 2-ci sarı vərəqəni göstərərək qovmalı idi". Newsport.az xəbər verir ki, bu fikirləri rusiyalı sabiq FİFA hakimi Sergey Xusainov bildirib. 

Onun fikrincə, Rusiya Premyer Liqasının son turunda "Krılya Sovetov" - "Rostov" (1:0) matçında dava etməklə diqqət mərkəzinə düşən millimizin hücumçusu meydandan qovulmalı imiş: "Baş hakim iki epizodda Şeydayevi 2-ci sarı vərəqə göstərməli idi. Necə ki, Siqurdssonla epizodda məsələni ayırd etməyə gələrkən. Fikrimcə, "Rostov"un baş məşqçisi Valeri Karpinin qovulması tam haqlı idi. Onun yolverilməz hərəkətinə ehtiyat hakim işarə verdi. Görünürdü ki, Karpin Şeydayevə 2-ci "sarı"nı verilməməsiylə razılaşmırdı. Hərçənd, "Rostov"un futbolçusu Aleksandr Qatskanla qarşılıqlı aqressiyanın cəzalanmasının yer vardı. Samaralı futbolçu özünü yaraşmayan tərzdə apardı".

Qeyd edək ki, "Krıya Sovetov"un heyətində 80-ci dəqiqədə meydana çıxan Ramil son dəqiqələrdə gərginlikdən dolayı sari vərəqə ilə cəzalanıb. Buna onun rəqib futbolçu ilə dalaşması səbəb olub. 82-ci dəqiqədə “Rostov”un islandiyalı legioneri Raqnar Siqurdsson bilərəkdən topla topdaşıyan uşağı vurub. Bundan sonra millimizin hücumçusu ona sərt şəkildə etirazını bildirib və rəqib futbolçunu itələyib. Komanda yoldaşları həmyerlimizi çox çətinliklə sakitləşdirə biliblər. Nəticədə görüşün baş hakimi Siqurdssona qırmızı, Şeydayevə isə sarı vərəqə göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right