Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubunun qış hazırlıq planı bəlli olub. 

Newsport.az Samara klubunun rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Premyer Liqasının 17-ci turunda evdə "Rostov"u 1:0 hesabı ilə məğlub etdikdən sonra istirahətə buraxılan Samara təmsilçisi yanvarın 12-də Moskvada toplaşacaq. Kollektiv tibbi müayinədən sonra iki həftəlik Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.  

Komanda toplanışın ikinci və üçüncü mərhələsini Türkiyədə keçirəcək. "Krılya Sovetov" 31 yanvar-13 fevral və 17-28 fevral aralıqlarında bu ölkədə olacaq. 

Qeyd edək ki, "Krılya Sovetov" Rusiya Premyer Liqasında 16 görüşə 17 xalla 13-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right