Reynaldo rəsmən "Qarabağ"da!

Son Azərbaycan çempionu "Qarabağ" qış transfer çalışmalarına start verib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi sabiq futbolçusu Reynaldo Silvanı rənglərinə bağlayacaq. Braziliyalı hücumçu artıq Bakıya dəvət olunub. Burada onunla müqavilənin şərtləri razılaşdırılacaq və sözləşmə imzalanacaq. Baş məşqçi Qurban Qurbanov da futbolçunun keçidinə razılıq verib.

Reynaldo uzun müddət oynadığı klubla 2,5 illik müqavilə imzalayacaq. "Qarabağ" Reynaldo ilə hücumçu transferini yekunlaşdırmaq niyyətində deyil.

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan 29 yaşlı futbolçu Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bugünlərdə başa çatıb və o, hazırda azad agentdir. Reyanldo "Aktobe"də 30 oyuna 7 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right