Qaçqınlıqla başlayan həyat hekayəsi YAZI

Qaçqınlıqla başlayan yolda, əldə olunan “Qızıl Top” mükafatı...
 
Elə bu cümlənin oxunması zamanı insanda hansısa bir hiss onun, yəni,  uşaq ikən balaca, çəlimsiz biri olan Luka Modriçin həyat hekayəsinə maraq oyadır..  Bəs bu tarixcə və uğura gedən yol necə başlayıb? 9 sentyabr 1985-ci ildə o dönəm Yuqoslaviya adlanan və hazırki Xorvatiyanın Zadar şəhərində gələcəyin ulduzu, balaca və sarışın uşaq dünyaya göz açdı.
 
 
O dövürlərdə  “Bosniya müharibəsi” zamanı etnik üsyançılar tərəfindən atası Stip Modriçi itirən Luka  6 yaşında olarkən qaçqın olaraq böyüməyə başlayır. Futbolçunun anası Radjoka Modriç ailəni dərzilik edərək saxlayır və daha sonra Zadarada bir oteldə məskunlaşır və bir müddət orada qalırlar. Lakin bütün bunlar qaçqın düşərgələrində və bomba səsləri altında  yaşayan Modriçin həyata daha da möhkəm tutunmasına mane ola bilmir. Futbolu çox sevən çəlimsiz bu uşaq otelin hər yerində topla oynamağa başlayır. Luka Modriçin futbola ilk gəlişi isə qaldığı şəhərin eyni adlı klubunda olur. “Zadar fk”da ilk addımlarını atan Luka utancaq, fiziki cəhətdən zəyif və balaca olmasına rəğmən içindəki istedadı üzə çıxarmağı bacarır.
 
 
Elə bu səbəbdən də daha sonra “Dinamo Zaqreb”ə transfer olunur və bir müddət icarə əsasında Xorvatiyanın “Zrinxski” və “İnter Zapresik”də də çıxış edir. İcarə əsasında keçən illərin ardından özünü yaxşı tərəfdən göstərən Luka 2005-ci ildə yenidən “Dinamo Zaqreb”ə geri dönür. Burarda 3 il ard-arda ölkə çempionluğu yaşayan gənc oyunçu 2007-ci ildə Xorvatiyada ilin futbolçusu mükafatını qazanmağı bacarır. 2008-ci ildə isə İngiltərənin “Tottenhem” klubu yarımmüdafiəçini bəyənir və 21 milyon avro qarşılığında heyətinə cəlb edir. Yeni klubunda baxımlı oyunu ilə qısa zaman ərzində aparıcı futbolçuya çevrilən Modriç dünyanın ən güclü kollektivlərindən sayılan “Real Madrid”in diqqət mərkəzinə düşür və 2012-ci ildə 33 milyon avroya “kral klubu”na transfer olunur. “Real Madrid”lə bir çox uğurlara imza atan Modriç,  Madrid təmsilçisi ilə 3 dəfə arxa-arxaya Çempionlar Liqası kubokunu başı üzərinə qaldırır.  Luka Modriç eyni zamanda 2001-ci ildən bəri formasını geyindiyi Xorvatiya milli komandasındada yüksək naliyyətlər əldə edib. Lakin 33 yaşlı futbolçunun milli komanda ilə ən böyük uğuru Xorvatiya ilə 2018-ci ildə Rusiyada təşkil olunan Dünya Çempionatının finalına vəsiqə qazanması oldu. Finalda  Fransaya 4-2 məğlub olaraq Dünya Çempionu olmaq imkanını əldən verən Modriç üçün, ümumilikdə götürsək,  2017/18 mövsümünü karyerası ərzində ən uğurlu dönəm saymaq olar.
 
 
Belə ki, bütün bu keşməkeşli illərdən sonra nəhayət ki, Modriçin bir zamanlar xəyal belə etməyəcəyi hadisə yaşanır o, hər il dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatınına sahib oldu. Onun bundan sonra “Real Madrid” və yaxud da Xorvatiya yığması ilə hansı uğurlara yiyələnəcəyini bilməsək də, bu həyat hekayəsinin bir çox uşağa uğura gedən yolda işıq olacağını dəqiq bilirik. 
 
İbra Məmmədov
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right