Əliyevin komandasında yeni baş məşqçi

Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” klubunun yeni baş məşqçisinin adı məlum olub.

Newsport.az xəbər verir ki, Dmitri Kiriçenko rəsmən Premyer Liqa komandasının “sükanı arxasına” keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Kiriçenko ilə 1,5 illik müqavilə imzalanıb.

Ötən ay “Ufa”da uğursuz nəticələrdən sonra baş məşqçi Sergey Tomarov istefaya göndərilmişdi. Ondan sonra Kiriçenko müvəqqəti olaraq komandaya rəhbərlik edirdi. Kiriçenkonun rəhbərliyi altında “Ufa” 4 matça çıxıb, 1 qələbə qazanıb, 2 dəfə də heç-heçə edib.

“Ufa” Rusiya Premyer Liqasında 17 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right