İsrafilovun komandası zirvəni əldən verdi

Futbol üzrə İspaniya Sequndasında 17-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Reus” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 0:1.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 73-cü dəqiqədə isə İsrafilov sarı vərəqə ilə cəzalanıb.

Hazırda 33 xala malik “Alkorkon” ardıcıl məğlubiyyətlərdən sonra 22 kollektiv arasında 2-ci pilləyə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right