"Neftçi" xal itirdi, "Qarabağ"dan darmadağın Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrəyə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilin son turununun bütün görüşləri eyni gündə keçirilib.

Günün ilk matçında çempionatın debütantı "Sabah" autsayder "Keşlə"ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Son çempion "Qarabağ" heç vaxt məğlub olmadığı "Zirə"nin qonağı olub və 6:0 hesablı qələbə qazanıb.

"Qəbələ" səfərdə "Səbail"lə "sülh" bağlayıb - 0:0.

Lider "Neftçi" isə "Sumqayıt"ı qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında iki aylıq qış fasiləsi elan edilib.

 

9 dekabr (bazar)


Azərbaycan Premyer Liqası, 14-cü tur

 

19:30. "Neftçi” – "Sumqayıt” - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov

"Bakcell Arena”

 

17:30. "Səbail” – "Qəbələ” - 0:0 
Qırmızı vərəqə: 
Rauf Əliyev, 86 ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov
"Bayıl Arena”


16:00. "Sabah” – "Keşlə” - 1:2 
Qol: 
Sərtan Taşkın, 34 (0:1), Denis Silva, 65 (0:2), Elşən Abdullayev, 80 (1:2)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov
"Əlincə Arena”

17:00. "Zirə” – "Qarabağ” - 0:6
Qol: 
Dani Kintana, 29, 34, Mahir Mədətov, 42, Dani Kintana, 56, Miçel, 82, İlkin Qırtımov, 90+1-avtoqol.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
"Dalğa Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right