Millimizin yeni baş məşqçisi nə vaxt açıqlanacaq?

Azərbaycan milli komandasının yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəllərində nəzərdə tutulan toplantısında açıqlana bilər.

Məmmədov bildirib ki, indiyədək milli komanda üçün bütün şərait yaradılıb: "Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsüm UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür".

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Qurban Qurbanov bu gün vəzifəsindən ayrılıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right