"Qarabağ"ın beynəlxalq arenadakı çıxışı çox vacibdir" - Elxan Məmmədov

"İki yerdə işləmək çox çətindir. Təcrübə göstərdi ki, belə davam etmək olmaz. Ona görə də qarşılıqlı razılıq əsasında baş məşqçi Qurban Qurbanovla yollarımızı ayırdıq".

Newsport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra deyib.

O, milli komandanın baş məşqçisi Qurban Qurbanovun vəzifəsindən ayrılmasına münasibət bildirib: "Qurban Qurbanov bir yerdə çalışmağa qərar verdi. Ona görə də millidən getdi. "Qarabağ"ın beynəlxalq arenadakı çıxışı çox vacibdir.  İki yerdə işləmək çətindir". 

Qeyd edək ki, AFFA ötən ilin noyabr ayında Elxan Məmmədovla 6 illik sözləşmə imzalayıb.  Mütəxəssis bu gün öz istəyi ilə postunu tərk edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right