Azərbaycan yığmalarının baş məşqçiləri istefaya göndərildi

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri istefaya göndərilib.

Newsport.az-ın məlumatına görə, bunu əsas yığmanın sabiq baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün postundan istefa verən 46 yaşlı mütəxəssis bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında digər yığmaların da çalışdırıcıları vəzifəsindən ayrılıb.

Rəşad Sadıqov U-21 və U-20, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-dəki fəaliyyətini başa vurub.

Yalnız U-19-la mərhələ keçən Vüqar Məmməd işini davam etdirəcək.

Qeyd edək ki, bu baş məşqçilər 2017-ci il dekabrın 20-də vəzifələrinə təyin olunmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right