Premyer Liqanın 14-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itkilərlə çıxacaq.
Newsport.az-ın məlumatına görə, Samir Abasov Ağdam təmsilçisi ilə görüşdə 5 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar yarımmüdafiəçilər Bilal Həmdi, Kamal Mirzəyev, İlkin Muradov, Vüqar Mustafayev və hücumçu Pərdis Fırcad-Azaddır.
Əlcəzairli Bilal Həmdi son turda "Qəbələ" ilə oyunda qırmızı vərəqə alıb. V.Mustafayev zədəlidir. Digərləri isə sarı vərəqə limitini doldurdğu üçün ilin son oyununu buraxacaqlar.
Qeyd edək ki, "Zirə" - "Qarabağ" oyunu dekabrın 9-da keçiriləcək.