"Neftçi"nin qış hazırlıq planı müəyyənləşdi

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq.

Paytaxt klubu qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right