Almeyda “Astana”da 10-luğa düşmədi

Qazaxıstanın “Astana” klubu 2018-ci ilin ən yaxşı futbolçusunu seçib. 
 
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, jurnalistər arasında keçirilən sorğunun nəticələrinə əsasən çempion komandanın kapitanı, Qazaxıstan yığmasının da əsas qapıçısı olan milliləşdirilən serbiyalı legioner Nenad Eriç birinci olub.
 
Xorvatiyalı yarımmüdafiəçi Marin Tomasov ikinci, Baxtiyar Zaynutdinov isə üçüncü olub. "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Pedro Enrike 8-ci yeri tutub.
 
Millimizin yarımmüdafiəçisi Riçard Almeyda isə ilk 10-luğa düşə bilməyib.
 
Qeyd edək ki, bu yay "Qarabağ"dan "Astana"ya keçən Almeyda və Enrike paytaxt klubunda mövsümün 2-ci yarısından çıxış ediblər.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right