Ozan Can “Fənərbaxça”ya qarşı oynamadı

Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Ozan Can Kökcünün formasını geyindiyi “Girəsunspor” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Super Liqa təmsilçisi “Fənərbaxça” ilə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1.

Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right