Ayxan Abbasov: "Maksimum mübarizə aparacağıq"

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan" üzərində inamlı qələbə qazanan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Newsport.az xəbər verir ki, 37 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.


- İlk olaraq komandanı təbrik edirəm. Belə meydançada xarakter göstərdilər. Gənclərə və az oynayan uşaqlara şans vermişdik. Rəqibə də uğurlar arzulayırıq.


- Qarşıdan "Neftçi"ylə 3 oyun gəlir. Buradan hansı prioritet olacaq?
- Hər biri. "Neftçi" qış çempionudur. Amma maksimum mübarizə aparacağıq.


- Nicat Qurbanovun buraxdığı səhvlərin sayı-hesabı yox idi. Nə əcəb onu əvəzləmədiniz?
- Bilirdim ki, o, hazır deyil. Sadəcə, özüm istəyirdim ki, 90 dəqiqə oynasın.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right