Millimizin elit-raunddakı rəqibləri müəyyənləşir

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçiriləcək.

 

Newsport.az xəbər verir ki, püşk zamanı C səbətində yer alan Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

 

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tədbirdə 28 komanda 7 qrupa bölünəcək.

 

A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa

B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya

C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç

D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

 

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda oynanılacaq final mərhələsinə yüksələcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah