Quliyevin komandası “Krasnodar”la heç-heçəyə razılaşdı

Futbol üzrə Rusiya Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Ayaz bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.

Bu komandalar arasındakı cavab matçı 2019-cu ilin fevral ayında keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah