Kubokun 1/4 finalçıları müəyyənləşdi Yenilənib

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib.

Newsport.az-ın məlumatına görə, 12 komandanın iştirak etdiyi turnir 1/8 final mərhələsindən başlayıb.

"Sabah" "Ağsu"ya 3:0 hesabı ilə qalib gələrək 1/4 finalda "Qəbələ"yə rəqib olub. "Kəpəz"i 4:0 hesabı ilə məğlub edən "Səbail" növbəti mərhələdə "Zirə"  ilə qarşılaşacaq.  "Sumqayıt" isə "Qaradağ Lökbatan"ı darmadağın edib - 4:0. Bu komanda isə 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

1/8 finalın son oyununda isə "Keşlə" "Şüvəlan"ın qonağı olub. Rəqibini 3:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası adını 1/4 finala yazdırıb. Paytaxt klubu bu mərhələdə "Qarabağ"la qarşılaşacaq.


6 dekabr (cümə axşamı)

Azərbaycan kuboku

1/8 final


13:30. “Ağsu” – “Sabah” - 0:3
Qollar: 
Bəxtiyar Soltanov, 6, Vitali Kvaşuk, 26, Emil Qasımov, 75
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Ağsu şəhər stadionu

 

13:30. “Kəpəz” – “Səbail” - 0:4
Qollar:  Tome Kitanovski, 11, Aqşin Qurbanlı, 41, Orxan Qurbanlı, 62, Ağabala Ramazanov, 79
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

13:30. “Qaradağ Lökbatan” – “Sumqayıt” - 0:4
Qollar: Nicat  Qurbanov, 14, Süleyman Əhmədov, 29, Ülvi İsgəndərov, 69, 84
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Şüvəlan" – "Keşlə" - 0:3 
Qollar:
 Əzəmət Ələkbərli, 47 (0:1), Vaqif Cavadov, 50 (0:2), Andre Klennon, 85 (0:3)
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“AZAL Arena”


1/4 finalda qarşılaşacaqlar


15-19 dekabr

"Neftçi" - "Sumqayıt"

"Zirə" - "Səbail"



16-20 dekabr


“Qəbələ” -  “Sabah"

“Qarabağ” - “Keşlə”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right