AFFA rəsmisi AVRO-2020-nin işçi qrupunun iclasında iştirak edib

Fransanın Strasburq şəhərində Avropa Şurasının “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında” konvensiyasının daimi komitəsinin nəzdində yaradılan AVRO 2020-yə hazırlıq işçi qrupunun 5-ci görüşü keçirilib. Newsport.az xəbər verir ki, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AVRO-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva görüşdə iştirak edib.

 

Xatırladaq ki, 13-16 oktyabr tarixlərində Avropa Şurasının daimi komitəsinin nümayəndələri Bakıya səfər edərək Bakı Olimpiya Stadionuna baxış keçirmişdilər. Nümayəndələr  dövlət qurumları (Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti) ilə görüşmüş, idman yarışlarına, futbol oyunlarına hazırlıq və əməliyyat prosesi, AVRO 2020-yə hazırlıq müzakirə edilmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah