Kamran Ağayev məşqlərə başladı

"Keşlə"nin qapıçısı Kamran Ağayev zədəsini sağaldıb.  

Newsport.az saytının məlumatına görə, millimizin Millətlər Liqası çərçivəsində Farer adaları ilə matçında zədə alan futbolçu məşqlərini bərpa edib. Təcrübəli qolkiper "Keşlə"nin bu həftə start götürəcək məşqlərində kollektivlə birgə çalışacaq.  

Ağayev həftəsonu "Sabah"la qarşılaşmada komandasına kömək edə biləcək. 

Qeyd edək ki, Ağayev Farer adaları ilə matçda baldır nahiyəsindən zədə alıb. 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah