Ozobiç: "Azərbaycan Xorvatiyaya qarşı müdafiədə oturmayacaq"

"Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkə mətbuatına müsahibə verib. Ozobiç milli komandamızın seçmə mərhələdə Xorvatiyaya rəqib olmasından da danışıb.

Newsport.az-ın məlumatına görə, o, hazırki dönəmdə Xorvatiyanın çox güclü olduğunu bildirib:

"Asan rəqib yoxdur. Bunu hamımız bilirik. Təbii ki, hazırkı vəziyyətdə Xorvatiya çox güclü komandadır. "Qarabağ"ın və milli komandanın baş məşqçiləri eyni adamdır. O, klubda kifayət qədər uğurlu işlər görüb. Düşünmürəm ki, Azərbaycan Xorvatiyaya qarşı yalnız müdafiədə oturacaq.  Baş məşqçi millidə də öz oyun sistemini tətbiq etmək istəyir. Bunun üçün ona vaxt lazımdır"

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right