AFFA 3 klubu cərimələdi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqa klublarının iştirakı ilə baş verən qayda pozuntularına baxılıb.
 
Newsport.az-ın məlumatına görə, “Qəbələ” – “Zirə” matçında əyalət təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
Bundan başqa, 61-ci dəqiqədə “Zirə” klubunun yarımmüdafiəçisi Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə ödəyəcək.
 
“Qarabağ” – “Keşlə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right