Azarkeşləri söyən futbolçu cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, iclasda birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.
 
12-ci turda keçirilən "Zaqatala" – MOİK görüşünün 30-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu İsmayıl Muradov 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
Qarşılaşmanın 33-cü dəqiqəsində MOİK-in digər oyunçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəza alıb, klubu isə 160 manat cərimə ödəyəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right