Kamran Quliyev: “2-3 legioner alacağıq, gedənlər də olacaq”

“Neftçi”nin prezidenti Kamran Quliyev qış transfer pəncərəsi zamanı komandaya yeni futbolçuların cəlb olunması perspektivlərindən danışıb. Newsport.az xəbər verir ki, klub rəhbəri 2-3 oyunçuyla güclənmə ehtimallarının olduğunu dilə gətirib:

 

“Bəli, ola bilər ki, güclənək. Ancaq etiraf edim ki, qış və yay transfer mövsümləri fərqlənirlər. Mövsümün bu çağında yaxşı oyunçu tapmaq müşkül məsələdi. Bir sıra oyunçularla danışıqlarımız olub. Komandaya gələcəkləri gözlənilir. Ancaq hələ heç kimlə müqavilə imzalamamışıq. Uzağı 2-3 yeni futbolçuyla anlaşacağıq. Kimlərsə gedə bilər. Yerli futbolçulardan komandamızı gücləndirmək potensialında olanları görmürük”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right