"Sumqayıt"dan 60-cı qələbə

Azərbaycan Premyer Liqasının XIII turu “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub.

Newsport.az xəbər verir ki, yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən "gənclik şəhəri" təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb. Bu müddətdə "Sumqayıt" 63 heç-heçə edib, 114 dəfə uduzub. Qələbələrdən isə  41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right