“Hətta 5-ci səbətdən gələn Azərbaycana da hörmət edirik”

“Beş komandalı qrupa düşdüyümüz üçün sevinirəm. Püşkatma zamanı bir az həyəcan keçirdik. Qorxurduq ki, birdən Hollandiya və Almaniya ilə eyni qrupa düşərik. Amma istənilən halda bütün komandalara hörmətlə yanaşırıq”.

Newsport.az xəbər verir ki,  bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Qapal yerli mətbuata açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsindəki rəqibləri dəyərləndirən mütəxəssis millimiz haqda da danışıb:

“Təkcə Xorvatiya və Uels deyil, bütün rəqibləri ciddiyə almaq lazımdır. Hətta 5-ci səbətdən gələn Azərbaycana da hörmət edirik. Müasir futbolda bir çox şeyi kiçik detallar həll edir. Məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün 1 və ya 2-ci pillədən hansını tutacağımız önəmli deyil. Çünki hər iki yerin sahibi birbaşa həlledici mərhələyə adlayacaq”.

Qeyd edək ki, Slovakiya millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Uels, və Macarıstanla E qrupunda mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right