Vaqner Silva: "Çempionluq üçün alışıb-yanıram"

"Oyuna yaxşı başladıq. Bunun nəticəsi olaraq hesabı açdıq. Rəqib hesabı bərabərləşdirəndən sonra bizə çətinlik yaratmağa başladı. İlk hissədə oyuna nəzarət edən tərəf idik. Lakin bizə çətinlik yaratdılar.  İkinci hissədə isə oyunu tamamilə nəzarətə aldıq. Bu, tabloda da öz əksini tapdı".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva Topaz Premyer Liqasının XIII turunda "Keşlə"yə böyük hesabla qalib gəldikləri matçı dəyərləndirərkən deyib. Təcrübəli əlcək sahibi "Qarabağ"ın qapıçılarının son zamanlardakı uğursuz çıxışlarından danışıb:

"Siz məndən səhvlər gözləmədiyinizi dediniz. Mən də Braziliya Oliver Kanın səhvindən sonra qol vuracaq və dünya çempionu olacaq.  Hər kəs səhv edir.  Futbolçunun belə səhvlərdən sonra ayağa qalxması vacib amildir.  Yaxşı olanda, yaxşı futbol sərgiləyəndə hamı səni alqışlayır.  Böyük futbolçu həmin səhvlərdən sonra ayağa qalxmağı bacarmalıdır. Əsl xarakter odur! Mən heç vaxt özümə inamı itirmirəm.  Bu gün böyükhesablı qələbə qazansaq da, qol buraxdığımıza görə məyusam. Hər qarşılaşmadan sonra öz çıxışımı təhlil edirəm və növbəti dəfə həmin səhvi etməməyə çalışıram. Məni tanıyanlar peşəkar olduğumu bilirlər".

Vaqner əsas heyətə düşmək üçün əlindən gələni etdiyini, məşqlərdə dayanmadan çalışdığını bildirib: "Heç bir klub futbolçuya əsas heyət üzvü olmaq zəmanəti vermir. Mən Hanneslə bağlı danışdıqlarımı xatırlayıram.  Hər gün məşqlərdə çalışıram, dediklərimi etməyə çalışıram. İnsanlar dərk etməlidir ki, səhvlər hər zaman futbolun bir parçası olacaq. Əsas odur ki, futbolçu bu çətinliklərin öhdəsindən gəlməyi bacarsın".

32 yaşlı qapıçı "Qarabağ"ın heyətində Azərbaycan çempionu olmaq istədiyini sözlərinə əlavə ediv: "Mən "Eştoril"in heyətində Portuqaliya ikinci liqasının qalibi olmuşam. Çempionluq üçün alışıb-yanıram, içimdə o yanğı var. Sənin dünya, İspaniya və Azərbaycan çempionu olmağın fərq etmir. Titul həmişə titul oolarraq qalır". 

Braziliyalı qolkiper Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Arsenal"a qarşı keçirəcəkləri matçda qapını qorumağa hazır olduğunu vurğulayıb. O, Ağdam klubunun digər qapıçısı Şahrudin Məhəmmədəliyev haqda danışıb: "Əlbəttə, özümü hazır hesab edirəm. Belə çətin oyunların iştirakçısı olmuşam. Ancaq bu işi məşqçinin üzərinə buraxmaq lazımdır. Şahrudin yaxın zamanlarda Azərbaycanın ən yaxşı qapıçısı olacaq. Çünki o, əziyyət çəkir. Mən də onun yolunu keçmişəm, gənc olmuşam. Ümumiyyətlə, qapıçıların işi hər zaman çətin olur. Yalnız "Atletiko"nun qapıçısı Yan Oblakı bu siyahıdan çıxarmaq olar. Onun ulduzu tez parlayıb".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right