Qara Qarayev: "Bilsəydim, saçımı kəsdirməzdim"

“Xorvatiya ilə qarşılaşmışıq. Onlarla öz meydanımızda bir dəfə uğurlu nəitcə də qazanmışıq. Qalan digər yığmalarla uzun müddətdir qarşılaşmamışıq. Slovakiya ilə millinin oyunu yadıma gəlmir. İnşallah, əlimizdən gələni edəcəyik. Nə qədər çox xal yığa bildik, yığacağıq. Amma həqiqətən də çox çətindir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsinə münasibət bildirən “Qarabağ”ın hücumçusu qrupdakı şanslarımızı dəyərləndirib: "Oturaq, burada danışaq ki, bağ belə, bostan belə. Amma reallıq odur ki, çətin qrupda mübarizə aparacağıq. Bəlkə, 6 yığmanın olduğu qrupda olsaydıq, bizim səviyyəmizdə rəqib olsaydı, daha çox xallar yığa bilərdik. O vaxt Xorvatiyaya 0:6 hesabı ilə uduzduq, düzdür. Amma düşünmürəm bunu. Bəzən belə oyunlar olur ki, nə etsən də olmur, qapında qollar görürsən. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Mən indi deyim ki, 6 qol buraxmayacağıq, yanlış olar. Bu, qeyri-peşəkar düşüncə olar. Oyun üçün var gücümüzü ortaya qoyacağıq. Tək Xorvatiya yox, bütün səfər oyunlarından yaxşı nəticə ilə dönməyi ümid edirik. Ancaq yenə də deyim, çətin qrupa düşmüşük və bununla razılaşmışıq”.

26 yaşlı yarımmüdafiəçi saçını keçəl etməsi ilə bağlı da danışıb: “Düşünmürəm ki, saç düzümüm bugünkü gündə müzakirə obyektinə çevirlməlidir. Saçdı da, istədim, kəsdirdim. Sabah sarı rəngdə gödəkcə geyinsəm, hamı bunu da yazacaq? Heç gözləməzdim ki, gündəmə düşəcək. Vallah, bilsəydim ki, şəklimi bu qədər adam sosial şəbəkələrdə paylaşacaq, eləməzdim. Çünki heç düşünməmişəm ki, bunda qeyri-adi nəsə var. Saçdı da. Niyə belə qarşılanıb, mənim üçün də təəccüblüdür. O qədər idmanla, özümüzlə bağlı düşünməli mövzular var ki. Məncə, saçım bunun yanında heç nədir. Daha yaxşı şeylər fikirləşməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right