Vaqif Cavadov: "Bəziləri bunu dərk etmir"

“Gözlənilməz nəticə oldu. Oyuna qələbə əzmi ilə çıxmışdıq. 1:5 hesablı məğlubiyyətdən sonra söz tapmaq çətindir. Məncə, ikinci hissədə diqqətimiz dağıldı və qollar üst-üstə gəldi. Hardasa, 10 dəqiqəyə qapımızda 3 top gördük. Diqqəti dağılandan sonra futbolda çox şey baş verir. Bu günkü oyun da buna sübutdur”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqanın 13-cü turunda səfərdə “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

O, komandadakı bəzi futbolçuların vəziyyəti dərk etmədiyini söyləyib: “Komandada kim varsa, hamısı bunu dərk eləməlidir ki, “Keşlə” heç vaxt bu yerdə - turnir cədvəlinin son pilləsində olmayıb. Bunu yerli futbolçular bilir, legionerlərə də başa salırıq. “İnter”in vaxtında da heç vaxt olmayıb. Həm də futbolçularımızın ayrı-ayrılıqda hamısının adı-sanı var. Yaşları da çox deyil. Cavanı da, təcrübəlisi də var. Onlar sadəcə, dərk eləməlidilər. Bəziləri bunaları dərk eləmir. Bilmirəm niyə belədir. Nəticə də göz qarşısındadır”

29 yaşlı hücumçu baş məşqçi Tərlan Əhmədova vaxt lazım olduğunu deyib: “3 oyuna gəlib təzə nəsə edə bilməz. Tərlan Əhmədova da vaxt lazımdır. O, gələndən bir oyun udmuşuq, birin uduzmuşuq, heç-heçə etmişik və s. Yəni, hər iki ayda bir məşqçi dəyişsək, daha nə olacaq. Bu, düzgün deyil”. 

Millimizin sabiq üzvü son olaraq, AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib: “Bizim oynadığımız vaxt uğursuz oldu. Hər bir oyun futbolçulardan asılıdır. Gələn il çempionatımız necə olacaq, hansı futbolçular millidə oynayacaq və s. bunlar önəmlidir. Mən inanıram ki, Bakıda hər bir komandaya qarşı oynamaq olar. Çətindi, demirəm ki, uda bilərik, amma oynaya bilərik. Futbolda elə olur ki, zəif rəqiblər də güclülərdən xal ala bilir. Xorvatiya ilə oyunda onlar bizə necə yanaşacaqlar, əsas olan bu amildir. Türkiyə millisi də bura qələbə deyib, gəlmişdi, amma 0:1 hesabı ilə uduzub, qrupda qaldılar. Amma qrupdakı komandaların hər birinin adı çox güclüdür və çox çətin olacaq. Bunu etiraf etməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right