Quliyevin komandası ÇSKA ilə “sülh bağladı”

Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Ayaz bu görüşün iştirakçısı olmayıb. Ötən tur qırmızı vərəqə ilə cəzalanan futbolçu bu səbəbdən sözügedən oyunu buraxıb.

“Rostov” hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right