Millimizin rəqibinin baş məşqçisi: "Bir az narahat idim"

"Etiraf edim ki, Hollandiya və Almaniyanın qərarlaşdığı qrupa düşmədiyimiz üçün sevinirəm. Əsas oyunlarımız Macarıstanla olacaq. Xorvatiya dünya ikincisidi. Onların İngiltərə ilə son matçlarına baxdım, güclü rəqibdi".
 
 Newsport.az xəbər verir ki, bu sözləri Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapl deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirən mütəxəssis qrupdakı komandaları dəyərləndirib: "AÇ-2016-nın semə mərhələsində Uelslə görüşmüşdük. Fikrimcə, münasib rəqib deyillər. Əsl rəqabətli matçlar Macarıstanla olacaq. Onları qiymətləndirməmək olmaz. Bizim də keyfiyyətli komandamız var. Azərbaycanla oyun üçün uzun yol qət etməli olacağıq. 5 komandalı qrupda 2 oyun az keçirəcəyik. Ancaq İspaniya və Almaniyanın yer aldığı qruplar güclüdü. Ora düşmədiyimiz üçün sevinirəm. Bir az narahat idim".
 
Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb.
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah