"Qarabağ"dan darmadağın, "Qəbələ"dən xal itkisi Yenilənir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gəlib. Dünən Qəbələdəki qatı duman səbəbindən təxirə salınan matç qaldığı yerdən - 58-ci dəqiqədən etibarən davam etdirilib. Görüşdə qapılara qol vurulmayıb.

Turun son oyunu isə paytaxtda olub. Son vaxtlar uğursuzluq zolağında olan “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Keşlə”ni sınağa çəkib və 5:1 hesabı ilə qalib gəlib. Ağdam klubunun futbolçusu Mahir Mədətov sözügedən görüşdə het-trikə imza ataraq bombardirlər siyahısına daxil olub.

Qeyd edək ki, turun ilk iki oyunu şənbə günü keçirilib.

 

3 dekabr (bazar ertəsi)

Azərbaycan Premyer Liqası, 13-cü  tur

19:00. “Qarabağ” – “Keşlə” - 5:1
Qollar:
 Mahir  Mədətov, 6 (1:0), Slavik Alxasov, 21 (1:1), Filip Ozobiç, 50 (2:1), Mahir Mədətov, 53 (3:1), Abdullah Zubir, 55 (4:1), Mahir Mədətov, 78 (5:1) 
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika stadionu

13:00. “Qəbələ” – “Zirə” - 0:0 
Qırmızı vərəqə:
 Bilal Həmdi, 61 ("Zirə")
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right