Rövnəq Abdullayev: "Rəqiblərin hər biri ilə müəyyən tanışlığımız var"

AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün İrlandiyanın paytaxtı Dublində keçirilmiş AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına danışan Abdullayev püşkü dəyərləndirib: “İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.

Qeyd edək ki, millimiz seçmə mərhələdə  Xorvatiya, Uels, Slovakiya və  Macarıstanla E qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right