Dadaşov “Benfika”ya qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Portuqaliya Sequndasında 11-ci turun oyunları keçirilir. Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Benfika”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.


“Eştoril” 11 turdan sonra 20 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right