"Qarabağ"la oyunda bütün qol imkanlarından yararlandıq"

“Qələbə komandaya özünəinam gətirir. Son 2 oyunda 10 qol vumuşuq, bu, çox yaxşı haldır”.
 
Newsport.az xəbər verir ki, bu sözləri “Sportinq”in yarımmüdafiəçisi Bruno Fernandeş klubun rəsmi saytına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Qarabağ”la Bakıdakı oyununda dubl edən portuqaliyalı futbolçu 6:1 hesablı qələbəni şərh edib:
 
“Hər iki matçda demək olar ki, yaratdığımız bütün imkanlardan yararlandıq. Böyük komandalara qalib gəlmək üçün kifayət qədər keyfiyyətimiz var. “Qarabağ”la oyunda əsas məqsədimiz sürətli hücum etmək və erkən qol vurmaq idi. Düşünürəm ki, buna müvəffəq olduq”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right