"Sumqayıt" "Səbail"ə, "Neftçi" "Sabah"a qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

Newsport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Çempionatın debütantı "Sabah” öz meydanında lider “Neftçi”ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

"Sumqayıt" isə bu mövsüm ilk dəfə ev oyununu "Kapital Bank Arena"da keçirib. "Gənclik şəhəri" təmsilçisi “Səbail”i evdə 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
13-cü tur
1 dekabr

19:00. “Sumqayıt” – “Səbail” - 1:0
Qol:
 Atilla Yıldırım, 60
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Kapital Bank Arena"

16:30. "Sabah" – "Neftçi" - 1:2
Qol: 
Anton Krivotsyuk, 21 (0:1), Mirabdulla Abbasov, 39 (0:2), Marko Deviç, 76 (1:2)
Qırmızı vərəqələr: Tural Axundov, 33 ("Neftçi"), Vanderson, 70 (“Sabah”), Baqali Dabo, 83 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir yusifov, Ramil Əhmədov
“Əlincə Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right