Lider səfərdə 9 nəfərlə 1 xal qazandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda XII tura yekun vurulub. Newsport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.

Ötən mövsümü Premyer Liqada keçirmiş "Kəpəz" "Səbail-2" ilə görüşdə 3 xalı 1 qolla əldə edib. 

İlk hissədə iki oyunçusu meydandan qovulan MOİK isə "Zaqatala" səfərindən 1 xalla qayıtmağı bacarıb.  

Birinci Divizion

12-ci tur

30 noyabr

"Zaqatala" - MOİK 0:0
Qırmızı vərəqə: İsmayıl Muradov, 30. Orxan Həsənov, 33 (hər ikisi MOİK).
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Əli Cəbrayılov, Səbuhi Bayramov.
Zaqatala şəhər stadionu.

"Kəpəz" - "Səbail-2" 1:0
Qol: Ziyabi Məmmədov, 16.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Teymur Teymurov, Vüsal Əliyev.
Gəncə şəhər stadionu.

"Turan Tovuz" - "Sumqayıt-2" 0:2
Qollar: Baxşəli Baxşəliyev, 25. Tural Bayramlı, 90+2.
Hakimlər: Rəşad Əhmədov, Hüseyn Əsgərov, Samir Hacıyev, Kərim Kərimov.
Tovuz şəhər stadionu.

"Zirə-2" - "Şüvəlan" 1:2
Qollar: Tapdıq Əhmədov, 42+2-pen - Əzəmət Əlkəbərli, 30. Rəhman Musayev, 71.
Hakimlər: Nicat İsmayıllı, Knyaz Əmiraslanov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
“AZAL Arena”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right