Azərbaycan Avro-2020-nin püşkatmasına bu heyətlə gedir

Dekabrın 2-də İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində 2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. 
 
Newsport.az xəbər verir ki, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avro-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev  iştirak edəcəklər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right