“Qəbələ” ilə “Zirə”nin 16-cı dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək. Newsport.az xəbər verir ki, “Qəbələ” mövsümün ilk yarısında son ev oyununa çıxacaq. “Qırmızı-qaralar” öz meydanında “Zirə”ni qəbul edəcək.

 

Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 16-cı duel olacaq. Əvvəlki 15 matçda “qırmızı-qaralar” 6 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən “Qəbələ” 14 qol buraxıb.

 

Bu duellərdə “Qəbələ”nin 14 oyunçusu qol sevinci yaşayıb. Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə fərqlənib.

 

İndiyədək keçirilən 15 oyundan 13-ü Premyer Liqa, 2-si Azərbaycan kubokuna təsadüf edib. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıb. Bu oyunlarda “Qəbələ” 15, rəqibi 12 qol vurub.

 

“Qırmızı-qaralar” öz meydanında keçirdiyi əvvəlki 7 matçda üstünlüyə malikdi. 3 qələbə qazanan “Qəbələ” eyni sayda heç-heçə edib və yalnız 1 dəfə uduzub. Meydan sahiblərinin 11 qoluna qonaqlar 6 dəfə cavab verib.

 

Xatırladaq ki, “Qəbələ” – “Zirə” görüşü dekabrın 2-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right