"Qarabağ" - "Keşlə" oyununun vaxtı dəyişdirildi: Rəsmi

Azərbaycan Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

 

Newsport.azxəbər verir ki, “Qarabağ” klubunun müraciətini, “Keşlə” klubunun razılıq məktubunu nəzərə alan PFL turun “Qarabağ” - “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right