Qara Qarayev Avropa Liqasının ən yaxşıları arasında

UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turundan sonra statistik göstəricilər açıqlanıb.

 

Newsport.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" keçirdiyi 5 oyundan sonra qapıya 39 zərbə endirib. Bunlardan 20-i qeyri-dəqiq alınıbsa, 12-si çərçivəyə ünvanlanıb, 7 zərbəyə isə blok qoyulub. "Köhlən atlar" bu göstəricidə "Videoton", "Zenit", "Düdelanj", "Rusenborq", "Vorskla" və "Malmö" klublarını qabaqlayıb. "Kopenhagen" və "Spartak" (Trnava) "Qarabağ"la eyni göstəriciyə malikdi. Ən çox qapıya zərbə endirən komanda "Çelsi"di (117 zərbə, 34-ü çərçivəyə).

 

"Qarabağ" cari mövsüm Avropa Liqasında iki qol vurub və bu göstəricidə ən zəif 3 komandadan biridi. Belə ki, "Slaviya" və "Anderlext" də iki qol vurublar. Ən çox qol vuran komandalar isə "Zalsburq", "Ayntraxt" və "Sevilya"dı (15 qol).

 

Komanda şəklində ən dəqiq ötürmə göstəricisi "Çelsi"yə məxsusdur. Londonlular 3653 ötürmənin 3328-də dəqiq olublar (91 faiz). Növbəti yerlərdə "Real Betis", "Arsenal", "Krasnodar" qərarlaşıb. "Qarabağ" isə 48 klub arasında 19-cudu. Qurban Qurbanovun futbolçuları 2300 ötürmənin 1915-də dəqiq oynayıblar (83 faiz).

 

Futbolçular arasında ən yaxşı göstərici isə "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqasa məxsusdur. İspan futbolçu 406 ötürmə edib və bunların 376-sı dəqiq olub (93 faiz). "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev isə 327 ötürmənin 287-də dəqiq olub (88 faiz). Qara bu göstərici ilə Avropa Liqasının ən yaxşıları arasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right