Maksim Medvedev 80-ə çatdı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Portuqaliya “Sportinq”i ilə oyun “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün də əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi avrokuboklarda 80-ci oyununa çıxıb.

 

O, qitə miqyaslı turnirlərdə 2009-cu il iyulun 16-da Avropa Liqasında "Rusenborq"la səfər qarşılaşmasında debüt edib.

 

Qeyd edək ki, "Sportinq"lə görüş "Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün də əlamətdar olub. O, avrokuboklarda 100-cü matçına çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right