"Qarabağ"la oyunda dubl edən futbolçu: "Bakıya yenidən qayıtmaq arzu yox, hədəf olmalıdır"

“Nəticə ürəyimizcə oldu. Uzun çəkən və yoruccu səfərdən sonra məqsədimiz qalib gəlmək idi. Bunu bacardığımız üçün xoşbəxtik”.

 

Newsport.az xəbər verir ki, bu sözləri “Sportinq”in futbolçusu Bruno Fernandeş Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Qarabağ” üzərində qələbə qazandıqları matçı dəyərləndirərkən deyib. 

 

24 yaşlı futbolçu meydana rahat çıxdıqlarını, buna görə rəqibin qapısından 6 qol keçirdiklərini söyləyib: “Ukraynda “Vorskla” ilə qarşılaşmada ciddi itkilərlə üzləşmişdik. Amma bu gün çox rahat idik. Ona görə də ən yaxşı oyunlarımızdan birini ortaya qoyub rəqibin qapısından 6 top keçirdik. Növbəti mərhələyə yüksəlmək əla hissdir, lakin əsas hədəfimiz bu deyil”.

 

Portuqaliya millisinin üzvü Avropa Liqasının final mərhələsinə qədər irəliləməyi arzulayır: “Son iki qoyunda 10 qol vurub, qapımızdan ikisini buraxmışıq.  Əsas olan oyun planında inkişafa nail olmağımızdır. Avropa Liqasının finalında oynamaq və Bakıya yenidən qayıtmaq arzu yox, hədəf olmalıdır. Bilirik ki, rəqiblərimiz arasında Çempionlar Liqasının qrup üçüncüləri də olacaq. Bu bizi qorxutmur, əksinə, motivasiya verir”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right