"Qarabağ"ın ən ağır ev məğlubiyyəti

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq"ə 1-6 hesabı ilə uduzub.

 

Newsport.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin avrokuboklar tarixində ən ağır ev məğlubiyyəti kimi tarixə düşüb. Daha öncə "atlılar" ev oyunlarında dörddən çox top fərqiylə məğlub olmamışdı. "Qarabağ" 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen"inə 0:4 hesabı ilə uduzmuşdu. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" İngiltərənin "Çelsi" klubuna da 0:4 hesabı ilə uduzaraq, ən böyük hesablı ev yenilgisini yaşamışdı.

 

Qeyd edək ki, "Qarabağ" avrokuboklarda 4-cü dəfə bir matçda qapısından 6 qol buraxıb. Təmsilçimiz 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen" klubuna səfərdə 0:6 hesabı ilə məğlub olmuşdu. 1 il sonra ağdamlılar UEFA İntertoto Kubokunda Fransanın "Monpelye" klubuna səfər matçında 0-6 hesabı ilə yenilmişdi. "Atlılar" ötən mövsüm ÇL-in qrup mərhələsində Londonda "Çelsi"yə də 6 cavabsız qolla uduzmuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right