"Qarabağ"ı çox bəyənirəm" - "Sportinq"in baş məşqçisi

“İlk hissəni çox yaxşı başladıq. İlk qolu pressinq sayəsində vurduq, ikinci qolda isə baxımlı hücum qurduq”.

 

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sportinq”in baş məşqçisi Marsel Keyzer Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Qarabağ”a qalib gəldikləri matçı dəyərləndirərkən deyib. 

 

Hollandiyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Mən “Qarabağ”ı çox bəyənirəm, hesabın belə olacağını gözləmirdim. Nəticədən çox razıyam. Artıq növbəti oyunumuz barədə düşünməliyik”.

 

- Komandanızın oyunundan nə dərəcədə razı qaldınız?

- Komandamız yaxşı futbol sərgilədi. Futbolçularımızdan razıyam.

 

- Hazırkı komandanın göstərdiyi oyun sizi razı salır?

-Əlbəttə, daha yaxşı ola bilərik. Bu, sadəcə bir oyundur. Belə oyunların davamını gətirməliyik. Oynadığımız futbolu bəyənirəm, lakin daha artırmalıyıq.

 

- Son iki oyunda 10 qol vurdunuz. Komandadan razısınızmı?

- Əlbəttə. Komandada qol vuran futbolçu çoxdu. Həm yarımmüdafiəçilər, həm hücumçular bunu bacarırlar. Bu da məşqçi üçün yaxşı haldı. Mövsümdə bəzən pis periodlar da ola bilər. Əsas odu ki, ümumilikdə mövsümü yaxşı keçirək.

 

- Vender son iki oyunda çıxış etdi və bu gün məhsuldar ötürmə verdi. Onda hansı dəyişiklik etmisiniz? Bu, psixoloji məqamdan qaynaqlanır

- Bilmirəm. Əsas heyətdə meydana buraxdım. Futbol oynamağı bacarır. Həm məşqdə, həm də oyunda özünü doğruldur.

 

Avropa Liqasının finalı Bakıda keçiriləcək. Finala qədər irəliləmək şansınızı nəzərə alsaq, yenidən Bakıya qayıtmaq ürəyinizcə olacaq?

- Mən çox uzağa baxmaq istəmirəm. Məni düşündürən növbəti oyundur. Stadion yaxşı, Bakı isə yaxşı şəhərdir. Yayda Bakıya qayıtmağı çox istəyərik.

 

- “Qarabağ”ın hansı komponentlərini bəyəndiniz?

- İlk hissədə topa yiyələnməkdə çətinlik çəkdik. Topu cinahlara daşımağa çalışırdılar. Fasilədə bunu müzakirə etdik və futbolçulara diqqətli olmalarını tapşırdım.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right