“Qarabağ”dan azarkeşlərə müraciət

“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sportinq”lə oyundan əvvəl azarkeşlərinə müraciət edib.

Newsport.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, müraciətdə matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapılarının 3 saat əvvəldən (saat 18:55) açıq olacağı, ictimai dayanacaqların azarkeşlərin xidmətində olacağı və oyun gec başa çatacağından, “Koroğlu” metrostansiyasının daha gec - 01:00-da bağlanacağı bildirilib.

Bu gün keçiriləcək “Qarabağ” - “Sportinq” matçı saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right