"Bakıdakı saat qurşağı və hava təsir göstərə bilər": Almeyda

"Belə uzun məsafələrə çox rahat təyyarələrlə uçmaq lazımdı. "Sportinq"in futbolçuları Bakıya kreslo-çarpayılı yaxşı təyyarələrdə səfər ediblər. Belə olan halda, bu, onların vəziyyətinə təsir etməməlidi". Newsport.az  xəbər verir ki, bu fikirləri Portuqaliya millisinin sabiq futbolçusu Uqo Almeyda bildirib.

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində bu axşam Bakı Olimpiya Stadionunda keçiriləck "Qarabağ" - "Sportinq" matçıyla bağlı düşüncələrini bölüşən təcrübəli hücumçunun sözlərinə görə, uçuş şəraiti nə qədər yaxşı olsa da, səyahət problem yarada bilər: "Azərbaycana uçmaq İtaliya və ya Almaniyaya uçmaq kimi deyil. Ancaq əminəm ki, "Sportinq" səfər matçına hazırdı".

Almeyda hesab edir ki, saat qurşağı ən vacib amildi: "Bu, komandaya təsir göstərə bilər. Havanı da hesabdan silmək olmaz. Futbolçular bilməlidirlər ki, gəldikləri yerdə ilin bu vaxtında necə soyuqdu. Oyun günü olacaq 8 dərəcə temperatur pis deyil". 

Qeyd edək ki, Uqo millisinin heyətində Azərbaycan yığmasına 2 qol vurub. 2007 və 2013-cü illərdəki bu rəsmi görüşlər Tofiq Bəhramov adına Respublika stadionunda olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right