"Sportinq"in Bakıda qələbə qazanacağına heç bir şübhəm yoxdur":Sabiq "Xəzər Lənkəran"lı

“Sportinq” əla komandadır. Lissabon təmsilçisinin qələbə qazanacağına heç bir şübhəm yoxdur. "Sportinq" Avropa Liqasında iddialıdı, yaxşı işlər görür. Onlar qələbə qazanmaq üçün hər imkana malikdilər”.

Newsport.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sabiq hücumçusu Renato Keyruş Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün “Qarabağ”la qarşılaşacaq “Sportinq”in şanslarını dəyərləndirərkən deyib. 2009/10-cu ildə “Xəzər Lənkəran”da çıxış etmiş 41 yaşlı veteran hücumçu ölkəmizdəki karyerasını xatırlayıb: “Bir neçə təklifim var idi. Amma həmin vaxt bir menecer əlaqə saxladı və Azərbaycan klubunun mənimlə maraqlandığını bildirdi. Orada oynamaq istəyib-istəmədiyimi soruşdu. Açığı, sürpriz oldu, çünki bu ölkə haqda heç nə bilmirdim. Bakı haqda məlumat topladıqdan sonra ora getməyə razılaşdım. Bir həftəlik tanışlıq müddətində hər şey yaxşı keçdi və orada qalmağa qərar verdim”.

Keyruş Azərbaycan futbolundan da danışıb: “İndiki vəziyyət 2008-ci illə müqayisə oluna bilməz. Həmin vaxt klublar ilk addımlarını atırdılar. İndi isə klublar daha yaxşı təşkilatlanıblar, stadionları əvvəlkindən yaxşıdır və çempionluq yarışı başqa ölçüyə çatıb. Yəni 10 il əvvəl belə uzaq ölkəyə köçmək çətin idi. Futbol bazarı fərqli idi. Oyunçuların gedə biləcəyi yeganə yer Kipr idi. Avropa, Asiya və Amerikanın qalan hissəsi ilə bağlı variant, demək olar ki, mümkün deyildi. Amma tərəddüd etmədim, çünki müsbət aspektlər gətirəcəyini bilirdim. Düzdü, Azərbaycana uyğunlaşmaqda çətinlik çəkirdim. Ancaq oranın mədəniyyətini tanıdan və evini üzümə açan Füzuli ilə dostluq etdim. O deyirdi ki, oynamağa layiq olan yeganə futbolçu özüdü”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right